RU
Rəşid Behbudov küçəsində yarış keçirən sürücülər (VİDEO)
12:30
260

Rəşid Behbudov küçəsində yarış keçirən sürücülər (VİDEO)

Oxucularımızdan biri Qaynarinfo-ya videoregistrator vasitəsi ilə qeydə alınmış videogörüntü göndərib. 

Bildirir ki, 26 sentyabr 23:34 radələrində Rəşid Behbudov küçəsində bir qrup sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradaraq yarış təşkil ediblər. Təəssüf ki, qaranlıq olduğundan onların dövlət qeydiyyat nişanları oxunmur. Oxucumuz xahiş edir ki, DYP rəsmiləri təhlükəsiz şəhər kamerlarının görüntüləri nəticəsində sürücülərin məsuliyyətə cəlb olunmasına yardımçı olsun. 

Xatırladaq ki, həmin sürücülərin icazə verilən maksimum sürət həddini 60 km/saat aşdığı sübuta yetirilsə, İnzibati Xətalar Məcəlləsinin 511.3 maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 511.3 maddəsində göstərilir ki, bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə –  nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Videogörüntünü təqdim edirik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ