Müğənni və aktyor Keremcem ötən axşam Cahangirdə Mehmet Turqutla yemək yeyərkən kameralara görüntüləniblər.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, keçən həftə Karaköydə bir məkandan çıxarkən yanındakı qadını sevgilisi kimi qələmə verən jurnalistləri tənqid edən Keremcem:
"Etdiyiniz ayıb deyilmi? Bilib-bilmədən, soruşmadan belə bir şey edilərmi? İnsanların üzünə baxa bilmirəm. O qadın Karaköydəki "Mana Restaurant"ın sahibinin həyat yoldaşıdır. Bunu xəbər edənlər vəziyyətin fərqindədirlərmi? Bu işi elə-belə qoymayacağam. İddia açacağam", - ifadələrini işlədib.
7News.az








