Kenan Doğulu ilə Beren Saatın başına iş gəlib.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Günaydın restoranında yemək yeyən cütlüyün üstünə silahların kölgəsi düşüb.
Belə ki, restorandan çıxarkən avtomobillərini gözləyən Kənan və Beren qorxulu anlar yaşayıblar. İki avtomobildən enən naməlum slahlı şəxslər bir-birilərini vurmağa çalışıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, məşhur cütlük məkandan uzaqlaşmağa nail olublar.








