Müğənni Roza Zərgərli bir müddət öncə aparıcısı olduğu "Bakı vaxtı ilə" telelayihəsini davam etdirəcək.
Sənətçinin 7news.Az-a verdiyi məlumata görə, veriliş bundan sonra İctima televiziyanın efirində yayımlanacaq.
Qeyd edək ki, sözügedən layihə bir müddət ATV-də yayımlandıqdan sonra dayandırılmışdı.
Xatırladaq ki, "Bakı vaxtı ilə" fevralın 27-də 21:45-dən etibarən tamaşaçılara təqdim ediləcək.
7news.Az








