RU
Rus müğənnilər milyarderin toyundan nə qədər qazandı?
18:03
1531

Rus müğənnilər milyarderin toyundan nə qədər qazandı?

Rusiyanın paytaxtı Moskvada milyarder Mixail Qutseriyevin oğlu Səidin təmtəraqlı toyu böyük səs-küyə səbəb olub.

Toy mərasimində Stinq, Cennifer Lopes, Patrisiya Kaas və Enrike İqlesias kimi dünyaca məşhur müğənnilər iştirak edib. Mixail Qutseriyev oğlunun toy mərasimində iştirak etməsi üçün Alla Puqaçovaya bir neçə mahnıya görə 300 min avro ödəyib.

Məşhur televiziya aparıcısı, aktyor, şoumen, comedya ustası İvan Urqant ulduzların və elita təbəqənin nümayəndələrinin toylarında tamada kimi çıxış edir. Məşhur şoumen öz xidmətləri üçün azı 50 min avro tələb edir.

Məşhur rus müğənni Filipp Kirkorov isə çox nadir hallarda toy mərasimlərində iştirak edir. Ancaq onun hansısa mərasimdə çıxış etməsi məclis sahibinə çox baha başa gəlir. Belə ki, Kirkorovun 60 dəqiqəlik çıxışı təxminən 75 min dollardır.

Çox güman ki, öz həmkarları arasında biznes-elitanın toylarında ən çox iştirak edən Nikolay Baskovdur. O, mərasimlərdəki çıxışına görə aldığı məvacibi açıqlamaqdan çəkinir. Bunun kommersiya sirri olduğunu deyən Baskov bütün mərasimlərdə canla-başla iştirak edir.

Maksim Qalkin isə daha çox həmkarlarının toy mərasimində iştirak edir. Maksim “A Studio” qrupunun solisti Keti Topurinin nikah mərasimində tamada qismində çıxış edib. Ancaq yumor ustasının məclisə neçiyə gəldiyi elan edilməyib./baku.ws

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ