Rusiya "dost olmayan” adlandırdığı ölkələrin 74 şirkəti ilə hərbi-texniki əməkdaşlığı dayandırıb.
7NEWS.az xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada, dost olmayan ölkələrdən 74 şirkətlə hərbi-texniki əməkdaşlığa sanksiya tətbiq edilməsinə qərar verildiyi bildirilib.
Qərara əsasən, ABŞ, İngiltərə, Almaniya, Kanada, Bolqarıstan, Litva, Slovakiya, Polşa, Çexiya, Monteneqro və Estoniyanın bəzi şirkətləri ilə əməkdaşlığa xitam verilib.
Açıqlamada sanksiya qərarının Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrə qarşı əks tədbir kimi qəbul edildiyi qeyd edilib.
7NEWS.az








