RU
Rusiya səfiri Latviya XİN-ə çağırıla bilər
21:10
489

Rusiya səfiri Latviya XİN-ə çağırıla bilər

"Rusiyanın Latviyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılacaq”.

7NEWS.Az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın Ukraynanın bir sıra rayonlarını işğal etməsi və qeyri-qanuni ilhaqdır.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində "referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə "referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi "referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ