RU
Rusiya taxıl ixracına görə gömrük rüsumunu qaldırmayacaq
16:04
19

Rusiya taxıl ixracına görə gömrük rüsumunu qaldırmayacaq


7NEWS.az xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı naziri Dmitri Patruşev taxıl ixracına görə gömrük rüsumundan imtina etməyəcəklərini açıqlayıb.

Rusiya parlamentinin aşağı palatası Dumanın Kənd Təsərrüfatı Komitəsinin iclasında çıxış edən Patruşev "Biz gömrük vergisini ləğv etməyəcəyik. Gömrük rüsumu daxili qiyməti xarici qiymətdən ayırmaq imkanı verən mexanizmdir.

Dünyada taxılın qiyməti nəzərə alınmaqla verginin vəziyyətə uyğun hesablandığını xatırladan Kənd Təsərrüfatı naziri "Tutaq ki, qarğıdalının xaricdə qiymətini nəzərə alsaq, sıfır gömrük rüsumu tətbiq edilir. Halbuki, bu ilin əvvəlində bir ton üçün 7500 rubl olan gömrük rüsumu indi 2 min rubldan bir qədər çoxdur” deyə bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ