RU
Rusiya və Çin birgə layihələrə 1,3 milyard dollar sərmayə qoymağa razılaşıblar
15:09
21

Rusiya və Çin birgə layihələrə 1,3 milyard dollar sərmayə qoymağa razılaşıblar


Rusiya və Çin yeni ortaq layihələrə 1 milyard 300 milyon dollar sərmayə qoymaq barədə razılığa gəliblər. Bütün layihələr Rusiya tərəfindən təklif olunub.

7NEWS.az xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin açıqlamasında bildirilir ki, investisiya əməkdaşlığı üzrə Rusiya-Çin Hökumətlərarası Komissiyasının iclasında iki nümayəndə heyəti Rusiyanın təklif etdiyi birgə layihələrə 1 milyard 300 milyon dollar sərmayə qoymaq barədə razılığa gəliblər.
Açıqlamaya görə, Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin sədr müavini Lin Nianxiu bildirib ki, Rusiya-Çin investisiya əməkdaşlığı Covid pandemiyasının mənfi təsirlərinə və mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq böyüməyə meyllidir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ