RU
Rusiya XİN: ABŞ ruslar üçün bu proseduru cəhənnəmə çevirib
21:40
1575

Rusiya XİN: ABŞ ruslar üçün bu proseduru cəhənnəmə çevirib

Rusiya xarici işlər nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibliyinin miqrant vizası almaq istəyən Rusiya vətəndaşlarını "evsiz xalqlar” kateqoriyasına daxil etməsinə reaksiya verib.

7NEWS.Az "Sputnik”ə istinadla xəbər verir ki, Zaxarova bu barədə Teleqram kanalında yazıb.

"Dövlət departamentində vacib bir şey çoxdan pozulub və heç cür bərpa edilməyib. Konsulluqları bağladılar, konsulluqda çalışan şəxslərin sayını azaltdılar, simmetrik cavabımızın tək-tək cavabdan necə fərqləndiyini sınadılar. Sadizm həddində təhqirlərə əsaslanaraq, 21 -ci əsr üçün adi bir texniki proseduru əsl cəhənnəmə çevirdilər. Bu çirkli strategiyanın müdafiəçiləri hərəkətləri ilə eyni zamanda öz azadlıq ideallarını da yox etdiklərini heçmi düşünmədilər?”,-deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibliyi miqrant vizası almaq istəyən Rusiya vətəndaşlarını "evsiz xalqlar” kateqoriyasına daxil edib. Bu statusun ABŞ konsulluğunun olmadığı ölkələrin vətəndaşlarına verildiyi bildirilib.

 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ