Rusiyada miqrantların ölkəyə girişinə və ölkə daxilində hərəkətinə nəzarət məqsədilə biometrik sistemin bütün regionlarda tətbiq olunması planlaşdırılır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev danışıb.
Onun sözlərinə görə, hazırda Moskva və Moskva vilayətində fəaliyyət göstərən "Amina" xidmətinə bənzər biometrik nəzarət mexanizminin ölkənin digər ərazilərinə də yayılması nəzərdə tutulur.
Medvedev bildirib ki, Moskva yeni sistemin sınaqdan keçirilməsi baxımından əsas platformaya çevrilib və burada kifayət qədər təcrübə toplanıb.
"Biz məhz bu yanaşmanı tətbiq etməyi planlaşdırırıq. Moskva yeni sistemin tətbiqi üçün böyük poliqona çevrilib və kifayət qədər zəngin təcrübə toplayıb", - deyə o qeyd edib.








