RU
Rusiyada neft kəmərində güclü partlayış baş verib
13:12
123

Rusiyada neft kəmərində güclü partlayış baş verib


7NEWS.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətinin Benqardovka və Kovalevo şəhərləri arasında yerləşən məntəqədən keçən neft kəmərində güclü partlayış baş verib. Sankt-Peterburq şəhərindən də görünən partlayışla alov metr hündürlüyünə çatıb. Əraziyə çoxlu sayda xilasetmə qrupu göndərilib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko partlayışla bağlı məlumat verərək, "Yanğınsöndürmə briqadası və xilasetmə qrupları Benqardovka ilə Kovalevo arasındakı neft kəmərində təzyiq nəticəsində baş verən yanğını söndürüb. Məsafə səbəbindən yanğının yayılma riski yoxdur. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir” deyib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ