Rusiyanın Tula vilayətində oğurluğa cəhd nəticəsində 12 vaqon relsdən çıxıb.
Bu barədə Moskva Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hadisə dəmiryol xəttinin Uzlovaya-3-Jdanka hissəsində baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə ilə əlaqədar Uzlovaya-3-Jdanka istiqamətində qatarların hərəkəti dayandırılıb.
"Rusiya Dəmir Yolları” şirkətindən bildirilib ki, yük vaqonunun relsdən çıxmasının ehtimal olunan səbəbi metalların oğurlanması cəhdi olub. Şirkət qeyd edib ki, naməlum kişi vaqondan metalları yerə atıb, nəticədə metallar hərəkət edən qatarın altına düşərək vaqonların relsdən çıxmasına səbəb olub.
Qatardan metalları oğurlamağa cəhd edən şəxs vaqonların relsdən çıxması zamanı həlak olub./report
7NEWS.Az







