RU
Rusiyada süni intellektlə 27 illik cinayətin üstü açıldı
11:00
21

Rusiyada süni intellektlə 27 illik cinayətin üstü açıldı

Rusiyanın paytaxtı Moskvada müstəntiqlər süni intellektin köməyi ilə 1990-cı illərin sonunda törədilmiş amansız cinayətin üstünü açıblar. Söhbət keçmiş rayon prokuroru Vitali Tixomirov və onun həyat yoldaşı Viktoriyanın qətlindən gedir.

Bu barədə Rusiya İstintaq Komitəsinin müstəntiqi Alla Morozenko məlumat verib.

Hadisə 1998-ci ilin dekabrında baş verib. Cütlüyün qızı valideynləri ilə əlaqə saxlaya bilmədiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qadının cansız bədənini mətbəxdə, ərinin meyitini isə otaqda tapıblar. Hər ikisinin əl-qolu bağlanıb və bədənlərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Cinayətkarların mənzildən bahalı xəz paltar və XIX əsrə aid nadir ikona oğurladığı məlum olsa da, cinayətin üstü uzun illər açılmamış qalıb.

2025-ci ildə müstəntiqlər cinayət yerində tapılan, lakin vaxtilə identifikasiyası mümkün olmayan yayılmış barmaq izlərini süni intellekt vasitəsilə yenidən araşdırmaq qərarına gəliblər. Süni intellekt həmin izlərin papilyar naxışlarını bərpa edərək federal bazadakı məlumatlarla müqayisə edib.

Morozenkonun sözlərinə görə, texnologiya tam yüzfaizlik dəqiqlik verməsə də, istintaqı şübhəli şəxsə yönəldib. Nəticədə Moskva vilayətinin Dubna şəhərindən olan 59 yaşlı Sergey Lapşin saxlanılıb. Keçmiş zabit olan Lapşin sonradan kriminal aləmə qoşulub və əvvəllər məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs 27 il əvvəl törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ailənin tanışı olan Viktoriya Koçerginanın göstərişi ilə hərəkət edib. Qadın kriminal qruplaşmalara olan borcunu ödəmək üçün Tixomirovlar ailəsinin qarətini təşkil etmək qərarına gəlibmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ