RU
Rusiyanın Kiyevə zərbələri nəticəsindən 3 körpü zədələnib, hərəkət məhdudlaşdırılıb
11:10
19

Rusiyanın Kiyevə zərbələri nəticəsindən 3 körpü zədələnib, hərəkət məhdudlaşdırılıb

Rusiyanın noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik zərbələri nəticəsində 3 körpü zədələnib.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Onun sözlərinə görə, Podolsk-Voskresenski körpü keçidində zədələnmə qeydə alınıb və sağ sahildən sol sahilə hərəkət müvəqqəti bağlanıb. Darnitski körpüsündə zərərin miqyası hava hücumu xəbərdarlığı başa çatdıqdan sonra qiymətləndiriləcək.

Cənub körpüsündə isə hərəkət məhdudlaşdırılıb. Burada yalnız çəkisi 10 tona qədər olan avtomobillərin və 18 tona qədər olan ictimai nəqliyyatın sol sahildən sağ sahilə keçməsinə icazə verilir.

Kliçko sakinlərə zərurət olmadıqda şəxsi avtomobillərlə şəhərə çıxmamağı, imkan olduğu təqdirdə müəssisələrə əməkdaşlar üçün distant iş rejimi tətbiq etməyi tövsiyə edib.

Bundan əlavə, enerji sistemində gərginliyin olmaması səbəbindən Peçersk, Solomenski və Qoloseyev rayonlarının bir hissəsində trolleybusların hərəkəti müvəqqəti dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ