RU
Röyadan Mirşahinə təşəkkür - Fədayə Laçına görə
12:40
236

Röyadan Mirşahinə təşəkkür - Fədayə Laçına görə

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.

7News.Az axşam.az-a istinadən bildirir ki, Əməkdar artist Röya Ayxan İnstaqram hesabında tanınmış telejurnalistin bu müraciətini alqışlayıb.

"Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək", - Röya Mirşahinin çıxışını paylaşaraq yazıb.               

Sənətçi, həmçinin #fedayeniazadedek adlı dəstək həştəqi də açıb.

 

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ