7News.az xəbər verir ki, qalmaqallı prodüser "Xəzər maqazin" verilişinə müsahibə verib:
"Otururlar evdə deyir mənim evimdə qulluqçu işləyir. Sən kimsən ki, sənin qulluqçun olsun?! Sənin evində xadimə də demək olmaz, kömək edən xanım işləyir. "Çay gətir" qışqırır onun üstünə efirdə, bu düz deyil. Çayı özün süzüb gətirsən səni çox istəyərlər. O evində olanda sən özünə çay süzmürsən? Bu normal bir şeydir. Evdə ayaqqabısız gəzmirsən? Şah Abbasın nəvəsi deyiləm ki, evdə ayaqqabı ilə gəzim. Madonnanın evində 1 yox 10 nəfər işçisi var. Röyanın, Aygünün, Brilliantın evində isə ən azı 3 nəfər köməkçisi var. Bunu ifrat dərəcədə mənəm-mənəm deməyi düzgün deyil"
Prodüser kişi ifaçılara da söz atıb:
"Yalandan maska taxırlar. Ev yıxan, qeybətçil, onun bunun arxasınca danışsın. Qadın müğənniləri qızıl taxmırlar, kişi müğənnilər az qalırlar dişlərini də qızıl elətdirsən. İlhamə Quliyeva öldü nə apardı öz ilə? Onu sat xeyir bir iş gör. Kişi müğənnisi var ki, gedir oturur toy sahibinə deyir ki, qadın müğənni çağırmayın mən nə lazımdır edəcəyəm".
Mükafatlandırmalar olur , ilk məndən soruşurlar kimə verək prodüserlərdən? Mən çox vaxt getmirəm,yalançı simaları görmək istəmirəm". //big.az
7News.az








