RU
Rza Zərrab 4 fərqli həbsxanada saxlanacaq
11:29
893

Rza Zərrab 4 fərqli həbsxanada saxlanacaq

Mayamidə həbs edilən Türkiyəli iş adamı Rza Zərrab avtobusla Nyu-Yorka aparılacaq.

7News.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ-da həbs edilən Rza Zərrab haqqında ittihamnaməni hazırlayan Nyu-Yorkun Cənub Dairə Prokurorluğunun baş müstəntiqi Prit Bharara ilə həmin qurumun sözçüsü Ceyms Marqolin iş adamının durumuna aydınlıq gətiriblər.
 
“Halen Miami” həbsxanasında saxlanılan R.Zərrabın 2 həftəyə qədər  avtobusla Nyu-Yorka köçürüləcəyini deyən  C.Marqolin maraqlı detala da toxunub.
 
Onun sözlərinə görə, R.Zərrabın aparılacağı avtobusda başqa həbsxanalara köçürülən məhbuslar da olacağından, iş adamını “maraqlı marşrut” gözləyir.
 
Yəni R.Zərrab digər məhbusların yerləşdiriləcəyi 4 həbsxananın hər birində ən azı 1 gün gecələməli olacaq.
 
Sözçü əlavə edib ki, R.Zərrab Nyu-Yorka çatdırılğında çox qısa müddətdə hakim qarşısına çıxarılacaq.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ