RU
Saatlıda təcili yardım maşını “Mercedes”lə toqquşdu
16:58
302

Saatlıda təcili yardım maşını “Mercedes”lə toqquşdu

Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb. 

Hadisə Saatlı-İmişli-Beyləqan-Bəhramtəpə magistral yolunun Əlisoltanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Saatlı Rayon Mərkəzi xəstəxanasının təcili yardım maşınının sürücüsü Vaqif Heydərov çağırışa gedən zaman Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi "Mercedes” markalı minik maşını ilə toqquşub. 

Nəticədə xəsarət alan "Mercedes”in sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əhmədovun yuxulu olduğu bildirilir. /oxu

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ