Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçırdiyi "Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” layihəsi yekunlaşıb.
Bu barədə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli məlumat verib.
Fondun prezidenti bildirib ki, Şuranın maliyyəsi ilə reallaşan, 6 ay müddətində davam edən layihə çərçivəsində gənclərə "Kütlə qarşısında mükəmməl nitq”, "Qan qrupu ilə peşə seçimi, uğur yolu və ətraf mühitin kimliyinin müəyyən olunması", "Gənc ailələr üçün psixoloq məsləhəti, keçid dövründə cəmiyyətdə gərgin psixoloji durumdan yayınmaq, müsbət əhval-ruhiyyənin saxlanılması metodları” , "Vaxtın idarə olunması”, "CV və rezumelərin hazırlanması, iş müsahibəsində uğur qazanma metodları”, " Yaşam Kouçluğu, GROW və SMART metodla gələcək perspektivin müəyyən olunması seansları”, " NLP texnikaları ilə mükəmməl ünsiyyətin qurulması” mözularına dair 8 təlim, eləcə də "Region gəncləri üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla keçirilməsi” mövzusunda Şirvan və Sumqayıtda 2 ustad dərsi keçirilib.
Sevda Tahirli qeyd edib ki, təlimçilər layihədə çərçivəsində hər ayın sonunda skype-konfrans kecirilib, təlim və ustad dərslərində iştirak edə bilməyənlərin çoxsaylı suallarını cavablandırıblar.
"Ümumilikdə 500-dən çox iştirakçının qatıldığı seminar, skype-konfrans və ustad dərslərini psixoloq Mələk İsmayılova, Sevda Tahirli və Sənan Nəcəfov aparmışlar”- deyən fond prezidentinin sözlərinə görə layihənin icra planında nəzərdə tutulan bütün fəaliyyət tam yerinə yetirilmişdir. Bura youtube kanalında xüsusi Sabirfondu” domenli kanalın və facebookda motivasiya səhifəsinin açılması da daxildir.
"Gənclərin aktiv iştirakı və sosial şəbəkələrdə yazılan şərhlər layihədə nəzərdə tutulan fəaliyyətlərin yerinə yetirildiyini və təlim və seminarların uğurla keçirildiyinə işarədir”- deyə Fondun prezidenti fikirlərini çatdırıb.
7News.az








