RU
Şad xəbər az öncə gəldi: Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur - TƏBİB
10:20
2410

Şad xəbər az öncə gəldi: Karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur - TƏBİB

"Sərt karantin rejiminin tədricən yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi”.

 

7News.Az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

R. Bayramlının sözlərinə görə, bugünkü göstəricilər təkrar sərtləşdirməyə hələlik ehtiyac olmadığını göstərir: "Metronun açılması ilə bağlı da tibbi göstərişlər hazırlanıb. Xəstəxanalarımız tam hazır vəziyyətə gətirilib, təchizat məsələləri həll olunub. Amma bu, vətəndaşlarımızın məsuliyyətindən daha çox asılıdır. Bu gün sərtləşməyə ehtiyac olmasa da, gələcəkdə vətəndaşlarımızın məsuliyyəti ilə bağlı sərtləşdirmə tətbiq oluna bilər”.

 

7News.Az 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ