RU
“Sağlam Gəncliyə Doğru İctimai Birliyi”
16:05
780

“Sağlam Gəncliyə Doğru İctimai Birliyi” "Gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi" adlı yeni layihəsini həyata keçirmişdir.

"Sağlam Gəncliyə Doğru İctimai Birliyi” Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi" adlı yeni layihəsini həyata keçirmişdir. Təlimlər 5 gün müddətinə Bakı şəhərində keçirilmişdir.
Layihədə Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 1
8-29 yaş həddinə daxil olan gənclər arasında biznes plan- biznes planın hazırlanması, yazılmasi və strukturu, biznesə başla - biznesə başlamağın psixoloji baryerləri, menecement -idarəçiliyin əsasları, menecerin funksiyalari, sahibkarın davranış kodeksi, idarəçilikdə müasir yanaşma, motivasiy a- şəxsi motivasiyanın yaradılması, kollektivin idarə olunmasında motivasiyanın rolu, vaxtın səmərəli idarəçiliyi, marketinq- məhsulun təqdimatı,marketinqin əsasları mövzularında təlimlər təşkil olunmuşdur. Layihə çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və uğur qazanmış gənclərlə görüş təşkil olunmuşdur. Görüş iştirakçıları ilə təcrübə mübadiləsi həyata keçirilmişdir.

 

 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ