RU
Sağlam Gəncliyə Doğru İctimai Birliyi tərəfindən beynəxlaq ictimaiyyətə 2 yaşlı Zəhra Qulyevanın Ermənistan silahı qüvvələri tərəfindən qətlə yetirilməsinə dair ETİRAZ BƏYANATI
12:54
723

Sağlam Gəncliyə Doğru İctimai Birliyi tərəfindən beynəxlaq ictimaiyyətə 2 yaşlı Zəhra Qulyevanın Ermənistan silahı qüvvələri tərəfindən qətlə yetirilməsinə dair ETİRAZ BƏYANATI

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə iriçaplı silahlardan atəşə tutması nəticəsində rayon sakini 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2016-cı il təvəllüdüZəhra Quliyeva həlak olmuşdur.Digər mülki şəxs 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva yaralanıb və rayonun mülki obyektlərinə xeyli zərər yetirilib.Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.Bu addımlar, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.Füzuli rayonunun mərkəzi də daxil olmaqla qərb yarısı Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ Respublikasında qeyri-qanuni və təcavüzkar rejim tərəfindən idarə olunur.

Bütün beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı ölkənin ayrılmaz hissəsi kimi tanıyır. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də işğal faktını təsdiqləyir və münaqişənin sülh yolu ilə həllinin yeganə hüquqi çərçivəsini təşkil edir.ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərdən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər.Sağlam Gəncliyə Doğru İctimai Birliyi beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə , Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.
Ümid edirik ki, özünü dünyada demokratiyanın və sülhün qoruyucuları hesab edən təşkilatlar nəhayət ki, öz ikili yanaşmalarına son verib haqqın, ədalətin tərəfində olacaq, bir körpənin qanının yerdə qalmasına göz yummayacaqdır. Biz, bütün beynəlxalq qurumları Ermənistının bu terror hərəkətinə hüququ qiymət verməsini tələb edirik.
Sağlam Gəncliyə Doğru İctimai Birliyi
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ