Saxta diplomlu "həkim" 4 xəstəni öldürdü - FOTO

Saxta diplomlu

4 xəstəsi ölən, 8-i yaralanan "həkim" saxlanılıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, 4 xəstəsinin öldüyü iddia edilən saxta diplomlu həkim həbs olunub.

Almaniyanın Hessen vilayətində yaşayan 48 yaşlı qadın saxta diplom əldə edərək Fritzlar şəhərindəki xəstəxanaların birində köməkçi anestezioloq kimi işə başlayıb.

Onun həkimlik fəaliyyəti dövründə 4 xəstəsi ölüb, 8 nəfər isə ağır vəziyyətdədir.

İddilara görə, adı mətbuata açıqlanmayan qadın xəstələrinə verdiyi narkozun dozası artıq olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

7News.Az
 
 

Xəbər lenti