Xanəndə Səbinə Ərəbli haqqında şayiə yayanlara səslənib.
7News.Az xəbər verir ki, muğam ifaçısı həyat yoldaşıyla fotosunu paylaşıb və barəsində xoşagəlməz fikirlər səsləndirənləri sərt tənqid edib:
"İlk öncə böyüklərdən üzr istəyirəm. Deməli, mənim həyatım bəzilərini narahat edir deyəsən. Ataların gözəl sözü var:pişiyin əli ətə çatmayanda, iy verir, deyər. Görürlər ki, heç nə ilə məni yıxa bilməyəcəklər, adıma ləkə yaxırlar. Amma bilmirlər ki, yerin də qulağı var, hər şey qulağıma çatır".
S.Ərəbli qeyd edib ki, bəzi həmkarları hətta onun çörəyinə də bais olurlar:
"Səbinə ailə qurub, azdan-çoxdan tanınır. Niyə gözünü götürmür ki? Niyə üzdə olub ailə kimi görünüb, amma əslində, ailə olmayanlar haqqında danışmırsınız ki?
Səbinəylə İbrahim niyə gözünüzə girir ki? O danışdıqlarınız sözlərə görə sizi Allaha tapşırıram. O qədər pul qazansaydım, evim də olardı, maşınım da kreditdə olmazdı. Uşaqlarımın ruzisini kəsirsiz, bilirəm. Allah da sizin ruzinizi kəsər, inşallah. Bilirəm, bu fikirləri də kimlər yayır. Amma unutmayın, birinci öz həyatınıza nəzər yetirin. Sizi araşdıran olsa, utandığınızdan Azərbaycanı tərk edərsiz. Sırtıq, gönüqalın insanın heç nə vecinə olmur. Əslində, ailəm haqqında artıq-əskik danışdıqlarınız mənə maraqlı deyil. Bir az da kiminsə uğuruna sevinin. İçiniz o qədər qurdludur ki, həyatınız yaddan çıxıb, onun-bunun müzakirə edib, ləkə yaxmaqla məşğulsuz. Allah hər şeyi görən və biləndi. Gec-tez cəzanızı verər".
Qeyd edək ki, S.Ərəbli "Muğam televiziya müsabiqəsi-2011” müsabiqəsinin qalibidir. O, İbrahim Allahverdiyev adlı aparıcı ilə ailə qurub.

7News.Az








