RU
Şəbnəm Tovuzlu Nigar Camalı
15:56
669

Şəbnəm Tovuzlu Nigar Camalı "YIXIB-SÜRÜDÜ" - VİDEO

Nigar Camalla Şəbnəm Tovuzlu arasında qalmaqal alovlanıb.

7News.Az xəbər verir ki, ARB TV-nin "Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Müğənni geyimdə buraxdığı dəb xətasına görə onu tənqid edən həmkarı Nigar Camalın ünvanına sərt mesajlar göndərib:

"Xanımdır, deyə bilərdi ki, bəlkə də unutqanlıqdandır. Elə olur ayaqqabımı blokda geyinib çıxıram. Bu normaldır. Məni lağa qoymağa onun cürəti catmaz. Mənim üçün heç kimdir. Məni aşağılayan insan mənim üçün heç kimdir. Allah hər bir kəsi özünə görə gözəl yaradıb. Mənim əksik bir şeyim yoxdur o xanımdan. Sənəti, görnünüşü məndən artıq deyil. Lağ etmək nə deməkdir? Kiminsə kimisə lağa qoyması Allahın ən acığına gələn şeydir. O, heç lağ da deyil, yoxdular gündəm xatirinə Şəbnəmin adını çəkirlər. Kəmərdir də taxmışam, nolar ki?”.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun "Gucci" brendinə məxsus kəməri tərs taxması sosial şəbəkələrdə gülüş obyektinə çevrilmişdi.
7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ