RU
Şəbnəm Tovuzlu üç ay ömrü qalan Mələk üçün canlı yayıma pul göndərdi: Məbləğ... - VİDEO
16:10
531

Şəbnəm Tovuzlu üç ay ömrü qalan Mələk üçün canlı yayıma pul göndərdi: Məbləğ... - VİDEO

Hər zaman xeyirxah əməlləri ilə danışılan müğənni Şəbnəm Tovuzlu daha bir ailəni sevindirib.

7News.Az xəbər verir ki, o, Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində həyatla mübarizə aparan Mələyə dəstək olub.

Ş.Tovuzlu həkimlərin 3 ay ömrü qaldığı dediyi Mələk üçün 500 manat məbləğində pul göndərib.

Qeyd edək ki, Mələk hazırda Türkiyədədir və çox riskli əməliyyat keçirib. Onun əməliyyatı üçün 51.428 dollar vəsait toplanmışdı.


Xatırladaq ki, müğənni Ş.Tovuzlu xeyirxah əməlləri ilə tanınan məşhurlardandır. Belə ki bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı verilişində 4 yaşında anasını itirən Zəhra üçün kömək istəmiş, aparıcının bu çağırışına müğənni Şəbnəm Tovuzludan cavab gəlmişdi. Xanım ifaçı verilişə gələrək Zəhraya yardım əlini uzatmışdı. O, nənəsi ürək çatışmazlığından əziyyət çəkən, atası işsiz olan, hazırda kirayədə qalan azyaşlı qıza maddi köməklik göstərib. 



Xərçəng xəstəliyindən əziyyət çəkən və mənzilinin ipotekası üçün pul toplayan əməkdar artist Tünzalə Əliyevaya 1000 manat məbləğində pul verib.

Xanım ifaçı leykoz xəstəliyindən əziyyət çəkən 4 yaşlı Nəzrin Qocayeva üçün xeyriyyə tədbiri həyata keçirmiş, 10 min manat məbləğində köməklik etmişdi.
Şəbnəm Tovuzlu üç ay ömrü qalan Mələk üçün canlı yayıma pul göndərdi: Məbləğ... - VİDEO

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ