RU
lombard
'Sədərək' və 'Binə' ticarət mərkəzləri 'dövlət içində dövlət' qurublar - TANINMIŞ HÜQUQŞUNASDAN ETİRAZ
12:06
1952

'Sədərək' və 'Binə' ticarət mərkəzləri 'dövlət içində dövlət' qurublar - TANINMIŞ HÜQUQŞUNASDAN ETİRAZ


7NEWS.az xəbər verir ki, bu barədə tanınmış hüquqşunas Aslan İsmayılov öz sosial şəbəkəsində geniş rəy paylaşıb: "Bu dəqiqələrdə mənə daxil olan və özümün də yoxladığım məlumatlara görə Azərbaycanın ən böyük ticarət mərkəzləri sayılan Sədərək və Binə ticarət mərkəzləri işlərini dayandırmayıb. Bu ticarət mərkəzlərinin başında duran kimlərdir?! Yoxsa yenə "Dövlət içində olan Dövlət" Azərbaycan Hakimiyyətinin qəbul etdiyi qərarları icra etmir, Hakimiyyətə əzələ nümayiş etdirir?!

Bu gün orada ticarət edənlər təhlükəni anlasalar da, icarə haqlarının dayandırılmadığına görə təhlükəni gözə alıb məcburiyyətdən işlərini davam etdirirlər. Yenə deyirəm, burada kimlərinsə çörəyinə bais olmaqdan söhbət getmir. Söhbət hamımızın sağlamlığından, ölüm-dirim məsələsindən gedir. Hesab edirəm ki, dövlət rəsmiləri Koronavirusla mübarizə Fonduna ayrılan vəsaitdən ticarət mərkəzlərinin yükünə yardım etməli, bu yerlərin narazılıq olmadan bir müddətlik bağlanmasını təmin etməlidilər. Əks halda Azərbaycanın Vuhanı (Çində virusun ilk yayıldığı şəhər) elə həmin ticarət mərkəzləri olacaq.

Bir məqamı da diqqətinizə çatdırım ki, dünən Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda 1 qadında koronavirus aşkar edildiyinə görə bütün rayon mühasiyərə alınaraq giriş-çıxış qadağan olunub, həmin qadının bu müddət ərzində ünsiyyətdə olduğu insanların müəyyən edilməsinə başlanılıb. Həmin qadını isə bu virusa Azərbaycandan gələn bacısı yoluxdurub. Bizdə isə Bakıda virus daşıyıcılarının bu qədər sayına baxmayaraq ancaq işçilərinin sayı 30 mindən artıq olduğu ticarət mərkəzləri (hələ ora alış-veriş üçün gedənləri demirəm) rəsmi qərardan sonra hələ də fəaliyyətlərini davam etdirirlər."
7NEWS.az <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_200323_120539_547.sdoc -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ