RU
“Səhhətimlə bağlı ərizə yazmışam” - Akif Əlizadə xəbəri təsdiqlədi
10:14
247

“Səhhətimlə bağlı ərizə yazmışam” - Akif Əlizadə xəbəri təsdiqlədi

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 
7News.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ