Müğənni Səidə Sultan "Atv maqazin onlarla” proqramında "3 dəqiqə” rubrikasının qonağı olub.
7News.Az xəbər verir ki, sualları cavablandıran Səidə şəxsi həyatı ilə bağlı da bəzi gizlinləri açıb.
Sənətçi vaxtilə həmkarlarından biri ilə eşq yaşadığını etiraf edib.
"Uşaq idik, yaxşı və ciddi hisslər idi. Həmişəki kimi özüm getdim. Ömür boyu qismətimdən özüm qaçmışam” deyə, Səidə bildirib.
Daha sonra əyləncəli sualları cavablandıran sənətçi Tünzalə Ağayevanı deputat adlandırıb:
"O, danışanda fikirləşirəm ki, deputatdır”.
"Bu məşhur diriyə hay vermir, ölüyə pay” sualında isə Səidə rəfiqəsi Nura Surinin adını çəkib:
"Nura yaslara getmir, ona əsasən deyirəm, amma cəsarətli qızdır”.
"Xuraman Şuşalı isə hamam suyu ilə özünə dost tutur” deyə, Səidə sonda bildirib.








