"Eurovision - 2016” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli sosial şəbəkədə prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə Rusiyada çəkilmiş fotoşəkilini paylaşıb.
7News.Az xəbər verir ki, müğənni paylaşımına "Hər şeyə görə çox sağ olun. Çox gözəl, əziz, sevimli Leyla xanım” şərhini yazıb.








