RU
12:55
587

"Şənbə-bazar hamının yanına gələnlər olurdu,amma mənim..."-Uşaq evində böyüyən xalq artisti kövrəldi

"Xəzər maqazin" verilişi bu dəfə xalq artisti Arif Quliyevin evində qonaq olub.

7News.az xəbər verir ki, sənətçi bəxtinin körpəliyindən düz gətirmədiyini bildirib:

"Bu sənəti mənə Allah verib. Həyatıma əks bir obraz seçdim, güldürməyi. Məni körpə olarkən gətirib uşaq evinin qapısna qoyublar. Heç bir sənədlərim olmayıb. Orada mənə Arif deyirdilər. Mənim Yahya adlı bir müəllimim var idi. Mənə öz soyadını verdi. Həmişə şənbə-bazar hamının yanına gələn olurdu. Fikirləşirdim ki, mənim də doğmalarımdan kimsə olsa gələrdilər". 







Övladını itirən aktyor hələ də özünə gələ bilmədiyini bildirib.



Sənətçi arzusunda da söz açıb:

"Dünənim və bu günüm" həyatımla bağlı belə bir filmə çəkilmək istərdim. İmkan yoxdur. Bütün bunlar üçün sponsor lazımdır". //BiG.AZ




7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ