Son zamanlar verdiyi açıqlamaları və depresiyada olması ilə diqqət çəkən məşhur müğənni Serdar Ortaç jurnalistlərə açıqlama verib.
7News.Az news24.az-a istinadən xəbər verir ki, məşhur müğənni açıqlaması zamanı əmlakını kimə bağışlayacağı da açıqlayıb.
"Nə ailəm var, nə də övladım. Bütün əmlakımı işçilərimə verəcəyəm. Paylaşacaqlar",-deyə müğənni qeyd edib.
Qeyd edək ki, qumar borcları ilə gündəmə gələn Serdar Ortaçın qalan son əmlakını da satacağı iddia edilib.
7News.Az








