Uzun müddətdir eşq olduqları haqda xəbərlər yayılan, lakin israrlı suallara baxmayaraq səssiz qalan Serenay Sarıkaya ilə Mert Demirin münasibəti rəsmiləşib.
Məşhur cütlük dünən axşam bir məkandan çıxarkən əl-ələ jurnalistlərin qarşısına çıxıb.
Sonuncu dəfə "Aile" serialında çəkilən gözəl aktrisa Serenay Sarıkaya "Mert Dəmirlə münasibətiniz necə gedir?" sualına ilk dəfə cavab verib:
"Yaxşı gedir, hər şey qaydasındadır, Milan tətilimmiz əla keçdi, xoşbəxtəm" deyərək eyni maşına əyləşərək uzaqlaşıblar.










