Yılmaz Ərdoğanın həyat yoldaşı Belçim Bilgin FOX TV-də yayımlanan “Kördüğüm” serialından ayrılmaq barədə qərar qəbul edib.
7News.Az xəbər verir ki, “Naz” obrazını canlandıran aktrisa oğlu Rodinlə birgə İngiltərəyə köçəcəyini söyləyib.
“Karyeramı xaricdə davam edəcəyəm. Həyat yoldaşım Yılmazla müzakirə etmişik, qarşılıqlı olaraq belə qərara gəldik”,- deyə Bilgin qeyd edib.
Xatırladaq ki, Yılmaz Ərdoğan ilə Belçim Bilgin 2006-ci ilin yazında ailə həyatı qurmuş, 2013-cü ildən etibarən ayrı yaşamağa başlamışdılar.
Ərdoğan 2 il əvvəl Marmaris-Köyceğizə köçmüşdü.
Cütlük hələlik boşanmaq yerinə fərqli ölkələrdə yaşamağı, yalnız uşaqları Rodin üçün bir araya gəlmək barədə qərar verib.















