RU
15:50
835

"Sərxan çıxar sənə göstərər kişilik necə olur" - QALMAQAL BÖYÜYÜR

"Oktay müsahibə verib. Sən heç kişiliyin nə olduğunu bilirsən, ay nadan?".

7News.Az xəbər verir ki, bu sözlər aparıcı Sərxan Kərəmoğlunun sosial şəbəkə hesabında yazılıb. "Maşın" şouda meyxanaçı Oktay Kamillə qalmaqal yaşayan Sərxan onun ünvanına tənqidlər səsləndirib:

"Sənin kimilər kişiliyi narkoman olmaqda və ona-buna söz atmaqda görürsə, demək kişilik deyil. O kişilik səndə qalsın. Sərxan kimisinə o kişilik lazım deyil. Səninkimilər mədəniyyətə yox, tərbiyəsizliyə qulluq edir. Sərxan çıxar və sənə göstərər kişilik necə olur. 

Kişi yalan danışmaz, sən yalan danışdın və dığırlana-dığırlana getdin. Səninlər yazdığın təhqirlərə görə məhkəmədə görüşərik. Sən, Sərxanın atılan dırnağı ola bilməzsən".
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ