RU
Sərxoş “Kösem Sultan” ayaq üstə dayana bilmədi – Fotolar
14:12
1225

Sərxoş “Kösem Sultan” ayaq üstə dayana bilmədi – Fotolar

“Muhteşem yüzyıl - Kösem” serialının yaradıcı heyəti birlikdə əyləncəli gecə keçiriblər.

7News.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, serialda rol alan aktrisa və aktyorlar Arnavutköy səmtindəki “Livar Balık” adlı məkanda bir araya gəliblər.
 
Birgə yeməyə serialda müxtəlif obrazları canlandıran Beren Saat, Ekin Koç, Kadir Doğulu, Esra Dermancıoğlu, Aslıhan Gürbüz, Berk Cankat və Vildan Ataseverlə yanaşı, Demet Evgar və Neslihan Atagül kimi tanınmış simalar da qatılıb.
 
Yeməkdən sonra çıxışda jurnalistlərin olduğunu öyrənən heyət məkanı tərk etməkdə çətinlik çəkib.
 
Jurnalistlərdən yayınmaq istəyən serialda baş rolu oynayan B.Saat həmkarlarına “Hər kəs bir tərəfə dağılsın, birlikdə hərəkət etməyin”, deyə təlimat verib.
 
Sərxoşluğu diqqətdən yayınmayan B.Saat məkandan serialda Şahzadə Mustafanı canlandıran gənç aktyor Boran Kuzumla birlikdə çıxıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ