Çikaqolu müğənni meksikanın "Səs" telemüsabiqəsinin sabiq iştirakçısı Alexandro "Cano" Fuentes sui-qəsd nəticəsində öldürülüb. 45 yaşlı müğənni şənbə günü dünyasını dəyişib.
Illinoys ştatının Kuk dairəsinin polis şöbəsinin məlumatına görə, Fuentesə hücum iyunun 16-sı törədilib.Həmin gün o ad gününü qeyd edirdi. Fuentes dostları ilə maşına oturub, bundan sonra naməlum silahlı şəxs onda maşından çıxmasını tələb edib və ona atəş açıb.
Müğənni başından 3 güllə yarası alıb. Polis bəyan edib ki, hələlik hücumu törətməkdə şübhəli qismində heç kəs saxlanılmayıb.
Fuentes telemüsabiqədə 2011-ci ildə iştirak edib.
Oxşar hadisə bir həftə əvvəl Florida ştatının Orlando şəhərində baş verib. Burada "Səs" şousunun sabiq iştirakçısıs Kristina Qrimmi öldürülüb. /anspress
7news.Az








