Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların sayı və yaş məhdudiyyətini aradan qaldırıb.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı korona epidemiyası səbəbindən üç illik sərt məhdudiyyətlərdən sonra bu il zəvvarların sayı və yaş məhdudiyyətlərini qaldırıb. Bu rəqəmin pandemiyadan əvvəlki qədər olacağı açıqlanıb.
Pandemiyadan bir il əvvəl, 2019-cu ildə dünyanın hər yerindən 2,5 milyon müsəlman həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gəldi.
Sonrakı iki il ərzində bu rəqəm kəskin şəkildə azaldı. 2020-ci ildə yalnız Səudiyyə Ərəbistanında yaşayan 10 000, 2021-ci ildə isə 60 000 yerli zəvvarın ziyarət yerlərini ziyarət etməsinə icazə verilib.
7NEWS.az








