"Məni buna məcbur etdilər. Çox çətindir. İstəmədən qatil oldum. Problem əskik olmur başımdan, çox əziyyət çəkirəm. Bunları yaşayacağımı təsəvvür etməzdim".
7News.Az xəbər verir ki, bu açıqlamaları "Atv maqazin onlarla" ya olan müsahibəsində müğənni Sevda Yəhyayeva bildirib.
"Sən olmasaydın" serialından söz açan sənətçi tamaşaçıları yeniliklərin gözlədiyini bildirib:
"Serialda köklü olaraq dəyişiklik olub. Növbəti seriyalarda daha maraqlı olacaq. Ekran işinin adında da dəyişiklik var. Bundan sonra "Sən olmasaydın - Qisas" olacaq".








