RU
17:09
617

"Sevdiyim xanımla evlənirəm"

İkinci dəfə ailə qurmağa hazırlaşan Azər İsmayılov açıqlamasında toyunun sentyabrın 24-də baş tutacağını deyib: "Sevdiyim xanımla evlənirəm. Əsas odur ki, xoşbəxtəm, ailəm olacaq. Xanımın hansı sahədə çalışdığını demək istəmirəm".

Aparıcı "Keçmiş həyat yoldaşınız Vüsalə xanım və qızınız evliliyinizi necə qarşılayır?" sualını tərəddüdlə cavablandırıb: "O haqda danışmaq istəmirəm. Övladım başımın tacıdır. Hər zaman atası olaraq arxasındayam. Onun heç bir şeyə aidiyyəti yoxdur". 

Aparıcı onu da qeyd edib ki, "Yoxlama" verilişi tezliklə ATV-də tam lisenziyalı formatda yayımlanacaq.

Azər İsmayılov aparıcı Vüsalə Əlizadə ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb və bir qızları var./teleqraf.com

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ