Məşhur model- müğənni Iggy Azeleanın sevgilisi Nick Youngla ayrılmağının əsas səbəbi ortaya çıxıb.
7News.Az xəbər verir ki, NBA-nın 31 yaşlı aktyoru Azeleanaya keçmiş sevgilisi Keonna Greenlə xəyanət edib.
Greenin 4 aylıq hamilə olduğu da ortaya çıxıb.
Nickin yaxın dostu məsələ ilə bağlı Life & Style jurnalına açıqlama verib.
O, aktyorun 26 yaşlı modelə hər şeyi etiraf etdiyini bildirib:
“Nick İggy-yə Keonnanın hamilə olduğunu deyib. Böyük səhv etdiyini, yalnız bir gecə onunla münasibətdə olduğunu söyləyib. O, içkili olduğunu və bunun bir daha təkrarlanmayacağını bildirib. İggy isə buna əsəbiləşib və ayrılıq qərarı alıb”.










