RU
Sevgilisinin üzünü cızması filminin çəkilişini dayandırdı
12:20
364

Sevgilisinin üzünü cızması filminin çəkilişini dayandırdı

Ötən həftə sevgilisi ilə dava edərkən görüntülənən aktyor Fırat Altunmeşenin  baş rolunu oynadığı "Yengeç” filminin çəkilişləri dayanıb.

7News.Az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb sevgilisinin onun üzünü cızmasıdır.

Belə ki, dırnaq izlərinin sənətçinin üzündə dərin yara açmasını qrimlə belə örtə bilməyiblər. Ona görə də, filmin çəkilişləri üç gün müddətinə dayandırılıb.

Qeyd edək ki, Fırat davadan sonra açıqlama edərək sevgilisi ilə barışdığını bildirmişdi.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ