RU
Sevinc -Sevil:
12:18
6257

Sevinc -Sevil: "Açıq-saçıq geyinməyəcəyik, biz "cici-qız"larıq" + FOTOLAR

Müğənni Sevil-Sevinc bacıları incidiklərini dilə gətiriblər.

7News.az xəbər verir ki, ifaçılar son zamanlar mətbuatda onlar barəsində çıxan bəzi yazılara etirazlarını bildiriblər:

"Canlı efirdi, hər şey ola bilər. Düzdür uşaq deyilik, səhv eləməyə haqqımız yoxdur. Bəzən xəbərlər yazırlar, amma düzgün şəkildə yox. Hərdən xətrimə dəyir ki, niyə pis xəbəri yazırsınız, yaxşını isə yox. Adətən yalandan desəm də dəstəyə ehtiyacımız yoxdu, amma əslində belə deyil. Biz hər birimiz jurnalistlərlə yaxşı münasibət olmalıyıq. Biz sizdən, siz də bizdən aslısınız. 

Jurnalistlər bəzən bizdən inciyirlər ki, özəl müsahibə vermirsiniz. Səbəb isə əslində heç kimi yormaq istəmirik. Adətən deyirlər ki, digər kanallarda efirə niyə çıxmırsınız, məgər həftədə beş dəfə efirdə olmaq asan işdir? Fərq etmir sən aparıcı və yaxud müğənnisən. Ona görə belə qərara gəldik ki, digər efirlərə ayda iki dəfə çıxacayıq. Onsuzda beş gün efirdə oluruq, bütün yeniliklərimizi, kimlə küsülü oluruqsa elə efirdən sözümüzü deyirik. Jurnalistlərlə də eyni, gərək nəsə bir yenilik olsun ki, oturub söhbət edə bilək". 

Bacılar yanvarın 28-də baş tutacaq konsertlərindən də söz açıblar:

"Konsertə bizi stilist Elnur Həsənov bəzəyəcək. O da həmişə deyir ki, açıq-saçıq nəsə olmalıdır. Amma bizdə elə şey olmayacaq. Hamı bizi "cici qızlar" kimi tanıyır. Biz həmişə ailəvi tədbirlərdə oluruq. İstəmirik onların bizə olan hörmətini bir konsert görə dəyişək. Mən səhnədə açıq-saçıq geyinən sənətçilərə də pis baxmıram. Əgər xarici görünüşü buna uyğundursa. Amma əvvəldən sən o geyimləri geyinirsənsə. Yoxsa geyinmə, geyinmə birdən geyin. Onda səni daş atəşinə tutarlar". 

Şəxsi həyatdan danışan Sevil-Sevinc bacıları ailəni sənətə qurban verməyəcəklərini söyləyiblər: 

" Müğənniliyə iş kimi baxıram, ailəmi dolandırmaq üçün . Yetərincə qazanırıq, qazancımızda işimizə gedir. Hər bir qadın istəyər ki, gözəl bir insanla ailə həyatı qursun və işləməsin". //big.az
 
7News.az

Sevinc -Sevil:

Sevinc -Sevil:

Sevinc -Sevil:

Sevinc -Sevil:

Sevinc -Sevil:

Sevinc -Sevil:

Sevinc -Sevil:

Sevinc -Sevil:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ