Müğənni Sevil və Sevinc Səfərovalar "ATV maqazin" proqramında qonaq olarkən maraqlı açıqlamalar veriblər. Belə ki, onlar Xalq artisti Briliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltdığını iddia ediblər. BiG.AZ şəxsiyyət vəsiqəsində yaşın azaltmağın mümkün olub-olmamağı ilə maraqlanıb.
Bununla bağlı Big.az-a açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, qanunla şəxsiyyət vəsiqəsində yaşın azaldılması qadağandır: "Rüşvət vermə yolu ilə yaşını azaldanlar var. Təbii ki, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Əlbəttə də ki, bunun hansı məqsədlə edilməsi də önəmlidir. Yaşını azaldanlar əsasən pensiya və əsgərlikdən yayınmaq üçün edir. Qanunla adı və soyadı dəyişmək olur. Amma doğulduğun yeri, milliyətini, yaşını dəyişmək olmaz”.
Vəkil vurğulayıb ki, saxta sənəddən istifadə və saxtalaşdırılması bir başa qanunun pozulması deməkdir: "Təbii bu zaman hansı məqsədlə edildiyi əsas götürülür. Yaşını qeyri-qanuni yolla azaldan şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər”.
7News.Az