Top model İrina Şeyk adını gizli saxladığı sevgilisi ilə paparazzilərin hədəfinə tuş gəlib.
7News.Az xəbər verir ki, gecələrin birində Nyu-Yorkun mərkəzindəkı restroranlardan birindən çıxan Şeyk sevgilisi Bredli Kuperlə birgə görüntülənib. Fotolarının çəkildiyindən xəbərsiz olan cütlük şam yeməyindən sonra romantik axşam gəzintisi təşkil ediblər.
Qeyd edək ki, top model jurnalistlərin sevgilisinin kimliyi ilə bağlı verdiyi suallara cavab vermir. Bu yaxınlarda isə model İnstagram hesabında üzü görünməyən kişi ilə fotosunu paylaşıb. Şeykin pərəstişkarları isə bu sirli adamın Hollivudun yaraşıqlısı Bredli Kuper olduğunu iddia edirlər.









