Uzun müddətdir misirli sevgilisi ilə gündəmdə olan bloger Şeyma Subaşı bu dəfə ayrılıq xəbəri ilə müzakirələrə səbəb olub.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün körpəsinin öldüyünü deyən Subaşı dostları ilə İbiza adasında istirahət edərkən kameralara yaxalanıb.
Onun misirli milyarder sevgilisinin yanında olmaması və barmağına nişan üzüyünü taxmaması gözdən qaçmayıb.
Xatırladaq ki, Ş.Subaşı nişanlısından hamilə qaldığını və stresdən körpəsini itirdiyini yazmışdı.
Sosial şəbəkə istifadəçiləri isə onun sevgilisindən ayrıldığını və uşağı abort etdirdiyini iddia ediblər.










