Aktrisa Sibel Kekilli keçmişdə çəkdirdiyi açıq-saçıq fotolarını internetdən sildirmək üçün özünə vəkil tutub.
Türk əsilli alman aktrisası 2004-cü ildə çəkildiyi ”Divara qarşı” filmində yer alan açıq-saçıq səhnələrlə gündəmə gəlib. Belə ki, Sibel üstündən 12 il keçməsinə baxmayaraq, filmdəki sözügedən açıq-saçıq kadrları başqa məqsədlərlə istifadə edən saytları məhkəməyə verib, həmin görüntülər axtarış sistemlərindən sildirib.
Qeyd edək ki, sözügedən film Kekilliyə 2004-cü ildə keçirilən Berlin Film Festivalında "Qızıl Ayı" mükafatı qazandırıb./axsam.az
7news.Az









