“Game of Thrones” serialında Cercei Lannister xarakterini canlandıran 42 yaşlı aktrisa Lena Headey “Entertainment Weekly” qəzetinə müsahibə verib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa serialda çılpaq səhnələrə çəkilmədiyi üçün tənqid atəşinə tutulduğunu bildirib.
“Serialdakı o səhnələrdən sonra yazılan şərhlər məni şoka saldı. İnsanlar sinəmi göstərmədiyim üçün məni qeyri-peşəkar adlandırdılar. Mənim çılpaqlıqla işim bitib, belə səhnələrdə köməkçi aktrisalardan istifadə edirik”,-deyə aktrisa bildirib.
Lena “Utanc yürüyüşü” səhnəsində ona bənzəyən aktrisa Rebecca Van Cleavenin rol aldığını söyləyib:
“Rebecca Van möhtəşəm bir rol oynadı, onun üçün də çətin idi. Mən anayam, övladlarım var. Mənim yerimdə olan hər kəs bu addımı atardı”.
Qeyd edək ki, Headeyin 6 yaşlı Wylie Loughran adında bir oğlu, ötən ilin iyun ayında doğulan qızı var.
Aktrisa qızının atasının kim olduğunu deməsə də, dedi-qodulara görə, həmin şəxs 39 yaşlı aktyor Pedro Paskaldır.









