RU
Şirvan da “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqların hüquqları və vəzifələri”  adlı tədbir keçirildi (FOTO)
13:23
947

Şirvan da “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqların hüquqları və vəzifələri” adlı tədbir keçirildi (FOTO)

Şirvan şəhərində Gənclər üçün Təhsil Mərkəzi Aran regional ofisi, Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyinin, Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı” ilə əlaqədar "Uşaqların hüquqları və vəzifələri” mövzusuna həsr edilmiş tədbir keçirildi.

Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva tədbiri açıq elan edərək qeyd etdi ki, hər il olduğu kimi bu ildə ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Suleymanovanın təşəbbüsü ilə 20 oktyabr -20 noyabr tarixlərində Uşaq hüquqları aylığı elan olunmuşdur. Bununla əlaqədar Uşaq hüquqları aylığı çərçivəsində respublikada müvafiq tədbirlər keçirilir. Uşaq hüquqları istər beynəlxalq ,istərsə də milli müstəvidə qanunvericiliklə tənzimlənir. Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Aran regional ofisinin rəhbəri, İnteqrasiya olunmuş sosial xidmətlər modelinin regional koordinatoru Yusif Poladov qeyd etdi ki, hal-hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş Uşaq Hüquqları Konvensiyadır.19 may 1998-ci il tarixdə "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Hazırda uşaq hüquqları müdafiəsinin dünyada ən aktual məsələlərdən birinə çevrildiyini qeyd etdi. Yusif Poladov tədbir iştirakçılarını GTM-in və Unicef-in birgə həyata keçirdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi haqqında geniş məlumatlandıraraq Mərkəz tərəfindən növbəti bir ildə nəzərdə tutulan fəaliyyətlərdən söhbət açdı.
Mövzu ətrafında şəhər Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru, polis mayoru Vüqar Qurbanov, Şirvan şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rafael Nəsirov çıxış etdilər. Sonda Rafael Nəsirov uşaqlarla hüquqlarımız nədir? mövzusunda interaktiv söhbət apardı.
 
7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ